Menu

İranda zəlzələ baş verdi

10.11.2023, 21:40
İranda zəlzələ baş verdi

İranın qərbində, İraqla sərhəddə 4,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 46 min nəfər əhalisi olan Dehloran şəhərindən 37 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 11 kilometr dərinlikdə olub.

Dağıntı və tələfat barədə hələki məlumat yoxdur.

Mənbə: TASS

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol