Menu

Xəzər dənizində 2 balıqçı itkin düşüb - VİDEO

12.11.2023, 15:10
Xəzər dənizində 2 balıqçı itkin düşüb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Xəzər dənizində Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində 2 nəfər balıqçının itkin düşməsi barədə məlumat daxil olub.

Bu barədə "Report"a FHN Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar FHN-in Aviasiya dəstəsinin helikopteri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşlar - 1954-cü il təvəllüdlü Cəfərov Vidadi Əli oğlu və 1977-cü il təvəllüdlü Həsənov Elvin Nəcəfqulu oğlunun axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Şərhlər

t.ədalət 2023-11-12 21:48:08

Güman ki balıqçıları rus donanmasının sualtı qayıqları öldürüb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol