Menu

Kiçik Nazarbayev dünyasını dəyişdi - FOTO

13.11.2023, 12:26
Kiçik Nazarbayev dünyasını dəyişdi - FOTO

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı Bolat Nazarbayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

“AzPolitika.info" xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat katibi Aidos Ukibay “X” sosial şəbəkəsində məlumat verib.

"Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı Bolat Nazarbayev 70 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib", - Ukibay yazıb.

Bolat Nazarbayev müxtəlif vaxtlarda Şamalgan sovxozunun direktor müavini, Kaskelendəki çörək zavodunun direktor müavini olub, xırdabuynuzlu heyvan dərilərinin satışı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, “İnkar Aqro” MMC-nin vitse-prezidenti, “BN İnvest” holdinqinin direktoru vəzifələrində çalışıb. 2016-cı ildə Bolat Nazarbayev aztəminatlı həmvətənlərə dəstək olmaq üçün xeyriyyə fondu yaradıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol