Menu

İsrail müxalifəti Netanyahunun vəzifədən kənarlaşdırılmasına qarşı çıxıb

13.11.2023, 13:01
İsrail müxalifəti Netanyahunun vəzifədən kənarlaşdırılmasına qarşı çıxıb

İsrail müxalifəti ölkədəki böhran fonunda hazırkı Baş nazir Benyamin Netanyahunun vəzifədən kənarlaşdırılmasına qarşı çıxıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkə müxalifətinin lideri, keçmiş müdafiə naziri Benni Qantz danışıb.

O bildirib ki, indiki vəziyyətdə B. Netanyahunu hakimiyyətdən uzaqlaşdırmağa cəhd olmamalıdır.

B. Qant bu cür cəhdləri dəlilik kimi qiymətləndirib.

Bununla yanaşı müxalifətin lideri əlavə edib ki, bir müddət sonra HƏMAS-ın İsrailə oktyabrın 7-də hücumu ilə bağlı buraxılan səhvlərə görə kimin məsuliyyət daşımasını araşdırmaq lazım olacaq.

Bundan əvvəl keçmiş Baş nazir Exud Barak ölkənin Qəzza ilə münasibətlərinin gərginləşməsinə görə hazırki Baş nazir Benyamin Netanyahunu günahlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol