Menu

“İsraillə HƏMAS arasındakı müharibə artıq Livana keçib və daha da genişlənəcək” - SEPAH generalı

13.11.2023, 20:00
“İsraillə HƏMAS arasındakı müharibə artıq Livana keçib və daha da genişlənəcək” - SEPAH generalı

“İsraillə HƏMAS arasındakı müharibə daha da genişlənəcək”.

“Report” xəbər verir ki, bunu “Tasnim” agentliyinə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə deyib.

O söyləyib ki, İsrailin HƏMAS ilə münaqişəsi artıq Qəzza bölgəsindən kənara çıxıb: “Döyüşlər artıq Livan ərazisinə keçib və daha da genişlənəcək”.

HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyi barədə xəbərdarlıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol