Menu

Azərbaycan Türkiyə-İsrail münasibətlərinin yenidən düzəlməsinə kömək edə bilərmi?

13.11.2023, 18:17
Azərbaycan Türkiyə-İsrail münasibətlərinin yenidən düzəlməsinə kömək edə bilərmi?
Sabiq nazir Azərbaycanın Türkiyə-İsrail münasibətlərinin normallaşmasına yardım etmək imkanını yüksək dəyərləndirib

“Türkiyə ilə İsrail arasında müharibədən əvvəlki yaxınlaşmaya nail olmaq bütün tərəflərin maraqlarına uyğundur. Azərbaycan kimi antisemitizm tarixi olmayan, həm İsrail, həm də Türkiyə ilə müsbət münasibətləri olan bir ölkə iki ölkə arasında vasitəçi kimi çıxış edə bilər”.

Bu barədə İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara ABŞ-ın populyar “Jewish News Syndicate” nəşrində dərc olunmuş “Azərbaycan Türkiyə-İsrail münasibətlərinin yenidən düzəlməsinə kömək edə bilərmi?” sərlövhəli məqaləsində bildirib.

Qeyd olunub ki, Türkiyədə antisemitizm artmaqdadır. Müəllif bütün bunların cari il oktyabrın 7-də törətdiyi dəhşətli qırğına baxmayaraq, HƏMAS terror təşkilatını Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın “azadlıq qrupu” adlandırmasından sonra baş verdiyinə diqqət çəkib. Üstəlik, Ərdoğanın açıqlaması İsraili Türkiyədən diplomatik personalını geri çəkməyə vadar edib.

Türkiyə və İsrailin bir çox ortaq siyasi və iqtisadi maraqları olduğunu diqqətə çatdıran israill politoloq sözügedən məqamın anti-İsrail ritorikasına baxmayaraq, Ərdoğan da daxil olmaqla hamıya məlum reallıq adlandırıb. Belə bir vəziyyətdə proseslərin İsrailin Fars Körfəzi ölkələri, Türkiyənin isə İranla yaxınlaşacağı istiqamətində inkişaf etməsi ssenarisinin Türkiyənin maraqlarına xidmət etməyəcəyi də vurğulanıb.

Eyni zamanda qeyd olunub ki, bu kontekstdə Azərbaycan kimi antisemitizm tarixi olmayan, həm İsrail, həm də Türkiyə ilə müsbət münasibətləri olan bir ölkə iki ölkə arasında vasitəçi kimi çıxış edə bilər. Bu, Ərdoğanı anti-İsrail ritorikasını davam etdirməkdən daşındıra və onu Qəzza böhranından kənarda qalmağa inandıra bilər. Hazırda davam edən müharibədən əvvəlki barışıqda da Azərbaycanın vasitəçiliyinin mühüm rol oynadığını diqqətə çatdıran müəllif ölkəmizin sözügedən xeyirxah missiyanı yenidən gerçəkləşdirmək imkanını yüksək qiymətləndirib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jns.org/can-azerbaijan-once-again-help-mend-turkish-israeli-ties/

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol