Menu

ABŞ İranın neft sektoruna qarşı yeni sanksiyalar hazırlayır

16.11.2023, 08:54
ABŞ İranın neft sektoruna qarşı yeni sanksiyalar hazırlayır

ABŞ Yaxın Şərqdəki münaqişə fonunda İranın neft sektoruna qarşı yeni sanksiyalar hazırlayır.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg”ə Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş məsləhətçisi Amos Hohşteyn bildirib.

San-Fransiskoda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Amos deyib: “Biz bu sanksiyaları tətbiq edəcəyik”.

O əlavə edib ki, İranın neft ixracı sutkada 1 milyon bareldən çoxdur və bu rəqəmlər azalacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol