Menu

Pensiyaların nə qədər artacağı məlum oldu – İqtisadçı rəqəmləri açıqladı

17.11.2023, 12:05
Pensiyaların nə qədər artacağı məlum oldu – İqtisadçı rəqəmləri açıqladı

“2023-cü ilin ilk 9 ay üzrə orta aylıq nominal əməkhaqqı artımı elan edildi. Bu müddətdə orta aylıq əmək haqqı 11.2 faiz artıb. Qeyd edək ki, ilk 8 ayda bu göstərici 11.3 faiz idi. Orta aylıq əmək haqqındakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni, bu il ərzində orta maaş nə qədər artacaqsa pensiyalarda artım da o qədər olacaq”.

“AzPolitika.info” xəbər verir ki, bunu iqtisadçı, deputat Vüqar Bayramov bildirib.

O, xatırladır ki, hazırda indeksləşmədə iki göstəricidən - orta aylıq əmək haqqının artım səviyyəsi və inflyasiya göstəricisi - istifadə edilir: “Pensiya məbləği əvvəlki ildə orta aylıq nominal əmək haqqında artım tempinə, pensiya kapitalı isə infilyasiya göstəricisinə indeksasiya olunur. Bu ildən tətbiq olunan vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur”.

İqtisadçı bildirib ki, bu ilin 9 ayındakı tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar təxminən 11 faizə indeksasiya olunacaq.

“Təbii ki, daha dəqiq rəqəm 2024-cü ilin yanvar ayında elan olunacaq. Bütün hallarda, orta maaşda artım tempi yüksəldikcə pensiyalarda daha çox artımlar müşahidə olunacaq. Bu baxımdan, orta aylıq əmək haqqındakı artım faizi yalnız ölkə iqtisadiyyatında muzdla çalışan işçilər üçün deyil, həmçinin pensiyaçılar üçün də əhəmiyyətlidir”, - iqtisadçı vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Kirpi 2023-11-17 16:04:02

Deputatların maaşı artırılsın , qərar verildiği gündən qüvvəyə mindi. Bərəkallal

Pensiyaçı 2023-11-17 13:16:09

Belə iqtisadçısı,hələ deputatı olan ölkəyə kənarda xalq düşməni axtarmağa ehtiyac yoxdur.Azərbaycanda illərdir ki, inflyasiyanın süni rəqəmlərlə elanı,belə rəqəçlərlə onsanların həyatının maliyyələşməsi sonda əhalini çıxılmaz vəziyyətə sadfığı belə yarımçıq iqrisadıların sayəsində acınacaqlı hal alıb.Orta rəqəmlərlə manipulyasiya edərək,həqiqəti görməzdən gələn iqtisadçının adı nədir?Orta təbəqənin az maaş,müavinət və pensiya aldığını diqqətə alsaq və bu günkü qiymətlərə baxsaq günə 1 manat 60 qəpik (ayda 40-50 manat) artımın məqsədinin qaranlıq olduğu.bunun əhaliyə yardımının əslində bu sürətlə artan (ərzaq və digər sahələrdə )qoymətlərlə uyuşmadığının şahidi oluruq.bəs hakimiyyət bu xalqın yaşamını n getdikcə zota soxulduğunu düşünmür:?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol