Menu

İsrail aviasiyası Hizbullahın Livandakı obyektlərinə zərbələr endirib

17.11.2023, 13:57
İsrail aviasiyası Hizbullahın Livandakı obyektlərinə zərbələr endirib

İsrail ordusu qırıcı təyyarələrlə Hizbullahın Livan ərazisindəki obyektlərinə zərbələr endirib.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

Qeyd olunub ki, vurulan hədəflər arasında hərbi xarakterli obyektlər, o cümlədən silah anbarları var.

Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol