“Məlum məsələdir ki, KTMT Ermənistanın maraqlarını müdafiə edə bilmədi və buna qadir deyil. Lakin bu təşkilatı Rusiya yaradıb və ona qarşı verilən bütün bəyanatlar Moskvaya qarşırdır”.
“AzPolitika.info” xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan yerli mətbuata açıqlamasında deyib.
Erməni politoloq qeyd edib ki, “qərbpərəst” Paşinyan hakimiyəti əslində, iküzlü siyasət aparır: “Ermənistan hakimiyyəti “gözləmə rejimində”dir, ona görə də sərt bəyanatlar fonunda KTMT-ni tərk etmək istəmədiklərindən danışırlar. Ancaq Rusiya daha da zəifləsə, o zaman İrəvan KTMT və Avrasiya İqtisadi ittifaqından (Aİİ) çıxdığını elan edəcək. Yox, əksinə olarsa, Paşinyan bu təşkilatlara qayıtdığını elan edəcək”.
Kiviryan Fransanın Ermənistana silah verməsinə də toxunub. O, qeyd edib ki, bu “alış-veriş” görüntü xarakterlidir və Ermənistan ordusundan daha çox Fransanın siyasi maraqlarına xidmət edir: “Fransanın özünün də təmsil olunduğu Qərb Rusiya regiondan getdikdən sonra da bu bölgəyə gəlməyəcək, çünki bu halda burada Türkiyə və İran olacaq. Afrikanı tərk etmək fonunda Paris çalışır ki, Rusiya, Türkiyə və Azərbaycan onunla sövdələşməyə getsin”.
Erməni politoloqun fikrincə, Ermənistan ərazisi “sülh yolayrıcı” olmaq şansını itirib: “Ermənistan hələ 1990-cı illərin əvvəllərində Paşinyanın dediyi “yol ayrıcı”nı düşünməli idi. O zaman Ermənistanı regional yol ayrıcına çevirmək imkanı var idi, indi onun zəiflədiyi vaxt yox”.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər