Menu

Qadın şahmatçılarımız Avropa çempionatını gümüş medalla başa vurdular - FOTO

21.11.2023, 00:47
Qadın şahmatçılarımız Avropa çempionatını gümüş medalla başa vurdular - FOTO

Monteneqroda keçirilən Avropa çempionatında kişi və qadınlardan ibarət şahmat üzrə Azərbaycan milliləri IX tur görüşlərinə çıxıb.

Kişi şahmatçılarımız İtaliya millisi ilə heç-heçə edib (2:2). Qızlarımız (Ülviyyə Fətəliyeva, Xanım Balayeva, Gövhər Beydullayeva və Günay Məmmədzadə) isə 3:1 hesabı ilə Serbiyaya qalib gəliblər.

Beləliklə, qadın yığmamız Avropa çempionatını gümüş medalla başa vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol