Menu

Ermənistan KTMT məsələsində yenə “nala-mıxa” vurur – “Bu məsələ müzakirə olunmayıb”

21.11.2023, 16:30
Ermənistan KTMT məsələsində yenə “nala-mıxa” vurur – “Bu məsələ müzakirə olunmayıb”

“KTMT ilə əməkdaşlıqdan imtina məsələsi Ermənistanın gündəmində deyil”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan jurnalistlərə açıqlamasında bildirib. "Bu məsələ müzakirə olunmayıb", - deyən vitse-spiker eyni zamanda qeyd edib ki, Ermənistan KTMT-nin yardım paketindən imtina edib. Çünki KTMT Ermənistanla bağlı öz məsuliyyət zonasının harada başlayıb, harada bitdiyini qeyd etmir: “Təəssüf ki, bu ərazi və onun sərhədləri ilə Ermənistanın konkret xəritəsi qeydə alınmayıb və bu, KTMT ilə bağlı məsələdə problemdir”.

Xatırladaq ki, dünən Ermənistanın KTMT-dəki tərəfdaşlarından bu ölkəyə yardımla bağlı sənədin gündəmdən çıxarılmasını xahiş etdiyi məlum olub. Beləliklə, Ermənistan bir yandan “KTMT-dən çıxmaq fikrimiz yoxdur” deyir, digər yandan isə təşkilata arxa çevirir və “naz edir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol