Menu

"İsrail və HƏMAS arasında əldə olunan razılaşma ciddi irəliləyişdir" - Antoni Blinken

22.11.2023, 11:08
"İsrail və HƏMAS arasında əldə olunan razılaşma ciddi irəliləyişdir" - Antoni Blinken

ABŞ dövlət katibi Antoni Blinken İsrail və HƏMAS arasında əldə olunan razılaşmaları əhəmiyyətli irəliləyiş adlandırıb.

"Report" xəbər verir ki, bu barədə Blinken "X" sosial şəbəkəsində yazıb.

“Bu razılaşma əhəmiyyətli irəliləyişlərə işarə edir. Lakin HƏMAS Qəzzada girovları azad etməyənə qədər biz sakitləşməyəcəyik”, - o qeyd edib.

Dövlət katibi amerikalılar da daxil olmaqla 50 girovun azad edilməsinə dair razılaşmanı alqışlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol