Menu

50 girova qarşı 150 fələstinli – Girov mübadiləsinin şərtləri açıqlandı

22.11.2023, 12:52
50 girova qarşı 150 fələstinli – Girov mübadiləsinin şərtləri açıqlandı

Fələstinin müqavimət hərəkatı HƏMAS İsraillə əldə olunan razılaşma çərçivəsində 4 günlük müvəqqəti atəşkəs elan ediləcəyini və bu müddət ərzində İsrail həbsxanalarında olan 150 fələstinlinin 50 israilli məhbusun sərbəsr buraxılması qarşılığında azad ediləcəyini açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, HƏMAS-dan verilən yazılı açıqlamada Qətər və Misirin vasitəçiliyi ilə uzun sürən danışıqlar prosesi nəticəsində İsraillə müvəqqəti atəşkəs razılaşmasının əldə edildiyi bildirilib.

Qeyd olunub ki, hər iki tərəfdəndə sərbəst buraxılacaq şəxslər 19 yaşdan kiçik qadın və uşaqlar olacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol