Menu

Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək

22.11.2023, 17:26
Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək

Prezident İlham Əliyevin dəvəti ilə Özbəkistan lideri Şavkat Mirziyoyev noyabrın 23-24-də Azərbaycana işgüzar səfər edəcək.

APA xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.

Şavkat Mirziyoyev BMT-nin Mərkəzi Asiya iqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək birinci sammitində iştirak edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol