Menu

Avro-2024-ün seçmə mərhələsinin ən yaxşı bombardiri məlum oldu

22.11.2023, 22:40
Avro-2024-ün seçmə mərhələsinin ən yaxşı bombardiri məlum oldu

Belçika millisinin futbolçusu Romelu Lukaku Avro-2024-ün seçmə mərhələsinin ən yaxşı bombardiri olub.

QOL.az xəbər verir ki, 30 yaşlı hücumçu meydana çıxdığı 8 matçda 14 qol vuraraq bunu bacarıb. Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo 10 qolla 2-ci, Fransa millisinin forvardı Kilian Mbappe 9 xalla 3-cü olub.

Avropa çempionatının final mərhələsi gələn ilin yayında Almaniyada keçiriləcək Püşkatma dekabrın 2-də keçiriləcək.

Qeyd edək ki, Lukaku Avro-2024-ün seçmə mərhələsinin sonuncu turunda Azərbaycana qarşı matçda 4 qol vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol