Suriyada PKK/YPG-nin müdafiə sənayesi idarəçilərindən olan Hayri Serhat kod adlı Fahrettin Tolun Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən zərərsizləşdirilib.
“AzPolitika.info” xəbər verir ki, 21 il əvvəl terror təşkilatına qoşulan Tolun, “İnterpol” tərəfindən beynəlxalq axtarışa verilmişdi.
Onun müəyyən vaxtlarda Türkiyə, İran və İraqda terrorçuluq fəaliyəti göstərdiyi bildirilir.
Təşkilatın ən yaşlı üzvlərindən olan terrorçunun MİT-in təşkilata qarşı keçirdiyi əməliyyatlardan qorunmaq üçün davamlı olaraq yerini dəyişdiyi, lakin kəşfiyyat məlumatları əsasında onun yerinin müəyyən edilərək Suriyada zərərsizləşdirildiyi bildirilir.
“AzPolitika.info”


Şərhlər