İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə işsizlik səviyyəsi son 12 ildə yaxşılaşmayıb, nisbətən pisləşib.
“Trend” xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransının Nazirlər Sessiyasında çıxışında deyib.
“Hələ də işsizliklə bağlı çağırışlarımız gündəmdədir. Bu gün bizim ölkələrdə əhalinin orta artım tempi artıqdır. Gənc əhalinin sayı çoxdur. Xüsusilə gənclər arasında işsizlik 15,8 faizdir. Bu da qarşıdakı dövrlərdə qarşımızda olan növbəti çağırışlardan biridir”,- deyə nazir bildirib.
O, həmçinin əlavə edib ki, İƏT dövlətləri arasında əməkdaşlığı artırmaqla ölkələrimizdə inkişafa töhfə verə bilərik.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası keçirilir.


Şərhlər
Hər hansı adam bu dünyada zərrəcə korluq çəkməsə,il ərzində bircə dəfə də olsa öynəsini ötürməsə,"qa" deyəndə ət "qu" deyəndə süd versələr,yeyəndə də şappaşap yesə sifəti bax beləcə yağ daman,yumyumşaq,alnı da qırışsız olar.Əhsən.
S.Babayev istədiyi rəqəmi deyib.Əslində bu rəqəm 45-60 faizə yaxəndır.Ölkədə gənclər AUniversitetləri bitrdikdən sonra kütləvi işsiz qalır.Bu təhsilin xaotlk və plansız təşkilinin nəticəsidir.Ölkədə universitetlər ölkə tələbatını nəzərə almaqla müəyyən ixtisaslar və tələb olunacaq sayüzrə planlaşdırılmalı,universitet bitirən gənc özünü hansı sahədə sınayacağını bilməlidir.Ali təhsil alan gənc tcarət məkanlarıda atrabaçı olmamaldır! Daha öndə məsələ isə ölkədə kütləvi iş yerləri (zavod,fabrika,kombinatların yatadılmasıdır ki, 30 il əvvəl mövcudlarını heç bir əsas olmadan dağıdldı,yeniləri bardə düşünən,əməli iş görən olmadı ki, bu da kürlvi isizliyə səbəb olub.Digər faltlar da mövcuddur ki, işsizliyin yaradılmasına səbəb olut.
???