Menu

ABŞ-nin İraq və Suriyadakı hərbi bazalarına 73 dəfə hücum olub

24.11.2023, 10:28
ABŞ-nin İraq və Suriyadakı hərbi bazalarına 73 dəfə hücum olub

ABŞ-nin İraq və Suriyadakı hərbi bazalarına son günlər İraq “İslam müqavimət hərəkatı” və “Kətaib-Hizbullah” ümumilikdə 73 hücum edib.

“Report” xəbər verir ki, məlumatı “Voanews” yayıb.

Bildirilib ki, ABŞ-nin İraqdakı hərbi bazasına 36, Suriyadakı hərbi hissəsinə isə 37 dəfə hücum olub.

Məlumata görə, hücum iranyönümlü silahlı qruplaşmalar tərəfindən edilib.

İnformasiyaya əsasən, bu hadisələr nəticəsində ABŞ hərbçiləri itki verməyib.

Şərhlər

dadaşyev 2023-11-24 10:58:22

73 hücumda ABŞ hərbçiləri itki verməyibsə hücumlarda məqsəd nə olub?İtki olmayıbsa demək bazaları yox,bazaların ətrafını hədəf alıblar atanlar.İranın maliyyələşdirdiyi dəstələr yəni.İran hərbçiləri deyəsən Əziz Nesinin “Nüman bəy”i kimi çəpgözdülər,həmişə hədəfdən 30 dərəcə sola dəyir atdıqları bombalar.Elə isə bundan sonra hədəfdən 30 dərəcə sağı nişan alsınlar ki,düz hədəfi vura bilsinlər.Amma harada o Göte Tehranda?Metyu de Byazi Avropa milliləriylə necə “danışılmış” oyunlar keçiribsə ağaye-tiryake-Xameneyi də amerikan bazalarını eləcə “danışılmış” şəkildə bombalatdırır.Oriyer.Senz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol