Menu

Gənc alim və tədqiqatçılar üçün yeni kitab – Haradan əldə etmək olar? (FOTO)

30.10.2023, 18:00
Gənc alim və tədqiqatçılar üçün yeni kitab – Haradan əldə etmək olar? (FOTO)

“Qafqaz Araşdırmalar Mərkəzi” QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənc alim və tədqiqatçıların fəaliyyətinin stimullaşdırılmasının dəstəklənməsi təşəbbüsləri” layihəsi çərçivəsində “Məsuliyyətli və kreaktiv yanaşma” kitabı hazırlayıb.

Müəlliflər siyasi tarix elmləri doktoru, ictimai siyasi elmlər sahəsi üzrə professor, Türkiyənin nüfuzlu Çag Universitetinin Fən Ədəbiyat fakültəsinin müəllimi, ondan artıq kitab, 100-ə ə yaxın elmi məqalənin müəllifi Xaləddin İbrahimli və Çag Universitetinin Sosyal Bilimlər İnstitutunun müdiri, işlətmə (menecment) sahəsində professor, çoxsaylı kitabların, kitablarda bölümlərin və məqalələrin müəllifi, Türkiyə televiziyalarında ictimai siyasi proqramların icmalçısı, professor, doktor Murad Koçdur.

Kitabda gənc alimlərin və tədiqatçıların faydalanacağı, Azərbaycanın elmi qaynaqlarında mövcud olmayan olduqca qiymətli mövzular əhatəli şəkildə təqdim olunur:

Elmi tədqiqatların müasir metodologiyaları;

Problemləri həll etmə və qərar vermə;

Yeni nəsil lider bacarıqları;

Komanda şəklində fəaliyyətin əsasları;

Dünyanın nüfuzlu elm mərkəzlərinin fəaliyyəti və iş prinsipləri.

Kitab tələbələr, gənc alim və tədiqatçılar, eləcədə də bu sahəni tədris edən müəllimlər üçün nəzərdə tutulub. Onu M.F.Axundov adına Milli Kitabxananın elektron bazasından, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin internet ünvanından, Qafqaz Araşdırmalar Mərkəzi İctimai Birliyindən, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının aşağıdakı linkindən yükləmək olar:

“Məsuliyyətli və kreaktiv yanaşma” elektron kitabı | Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması (ogp.org.az)

Eləcə də elmi qurumların elektron informasiya bazalarından əldə etmək olar. 

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2023-11-24 15:40:58

Baaah!Nəqqəddər poetik!Xəmirimizin mayası!Bazar lövhələri!---Nə bazar adə?Nə yazmısan?Bazar nədi?---Aaa,yox,Xəzər lövhələri,Xəzər.Bu kitabdan hardan tapmaq olar?---Necə yəni hardan?Təzə bazardan.Lotokda qalmıyıb?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol