Menu

“Tapşırmışam ki, Qarabağdan gələnlərə vətəndaşlıq tez verilsin” – PAŞİNYAN

24.11.2023, 15:32
“Tapşırmışam ki, Qarabağdan gələnlərə vətəndaşlıq tez verilsin” – PAŞİNYAN

“Mən göstəriş vermişəm ki, Qarabağdan köçkünlərin vətəndaşlığı məsələsinin həlli mümkün qədər tez həyata keçirilsin”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün canlı teleefirdə vətəndaşların suallarını cavablandırarkən deyib. O qeyd edib ki, artıq dövlət qulluğuna qəbul üçün müraciət etmiş məcburi köçkünlərə xüsusi münasibət göstərilə bilər, çünki digər hallarda vətəndaşlıq tələb olunmur, məcburi deyil. “İndi mən də göstəriş verəcəm ki, dövlət qulluğuna qəbul üçün müraciət etmiş və vətəndaşlığa görə maneələrlə üzləşənlərin işlərinin müzakirə olunması tezləşdirilisin”, - deyə Baş nazir bildirib.

Qanuna görə proses 90 günə qədər davam edir. Qarabağdan Ermənistana gələnlər bildirirlər ki, bu, işə düzəlməkdə böyük problemdir.

Vətəndaşlardan biri Baş nazirə sual ünvanlayaraq Ermənistanın ikinci Prezidenti Robert Köçəryan, üçüncü Prezident Serj Sarkisyan, PAP lideri Qaqik Tsarukyan, Milli Məclisin keçmiş spikeri Ovik Abrahamyanın məsuliyyətə cəlb edilmədiyini deyib və “Siz dediyiniz polad çəkic işləmir”, - deyə əlavə edib. Paşinyan bildirib ki, təqsiri olanlar məsuliyyətə cəlb olunacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol