Ermənistan 2018-2019-cu illərdə müxtəlif ölkələrdən silah almağa çalışıb, lakin buna, KTMT-dəki üzvlük amili mane olub.
“AzPolitika.info” Ermənistan KİV-nə istinadla xəbər verir ki, bunu noyabrın 24-də Ermənistanın Baş naziri Nikol Paşinyan canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib.
“Sizcə, 2018-2019-cu illərdə biz eyni silahların tədarükünü diversifikasiya etməyə çalışmadıq? Müzakirə çox qısa, bir neçə dəqiqə davam etdi. Bizə dedilər ki, siz KTMT-nin üzvüsünüz, biz sizinlə hərbi-texniki əlaqələrə girə bilmərik. Mövqelərimizdə şəffaf olmağımız bizə bu söhbəti çox tez yekunlaşdırmaq və bəzi perspektivləri müzakirə etmək imkanı verdi. Əgər biz KTMT-nin üzvü kimi lazımi silahı və siyasi dəstəyi ala bilmiriksə, o zaman digər tərəfdən Təşkilata üzvlük başqa yerlərdən dəstək və əməkdaşlıq əldə etmək üçün keçilməz maneədir. Biz öz maraqlarımıza əsaslanaraq qərarlar verməliyik”, - Paşinyan qeyd edib.
Rüfət
AzPolitika.info


Şərhlər