“2022-ci ilin yazında Moskva Kiyevin NATO-ya qoşulmamağa razılaşacağı təqdirdə Ukraynaya qarşı müharibəni dayandıracağını vəd etmişdi”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya nümayəndələri ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik etmiş deputat David Araxamia 1+1 telekanalına müsahibəsində deyib.
"Bizim neytrallığı qəbul etməyimiz onlar üçün ən böyük şey idi. Əgər biz Finlandiya kimi neytrallığımızı elan etsək və NATO-ya qoşulmayacağımıza dair öhdəlik götürsək, onlar müharibəni bitirməyə hazır idilər", - Araxamia deyib.
O, bunun əsas məqam olduğunu vurğulayıb və Rusiya nümayəndə heyətinin belə bir saziş imzalanana qədər Ukraynaya “təzyiq” edəcəyinə inandığını deyib.
Araxamiyanın sözlərinə görə, Ukrayna tərəfi iki səbəbə görə razılaşmadan imtina edib.
“Birincisi,Ukraynanın NATO-ya daxil olmaq istəyini təsbit etdiyi üçün ölkənin Konstitusiyasını dəyişdirmək lazım idi. İkincisi, Rusiya tərəfinin razılaşmanı yerinə yetirəcəyinə inamsızlıq var. Bu, yalnız təhlükəsizlik təminatları olduqda edilə bilər", - o, qeyd edib.
Araxamia əlavə edib ki, həmin vaxt Kiyevə gələn Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya heç nə imzalamamağı və “sadəcə döyüşməyi” tövsiyə edib.
“AzPolitika.info”


Şərhlər