Menu

Bayden ABŞ-nin müsəlman liderlərindən üzr istəyib

27.11.2023, 16:46
Bayden ABŞ-nin müsəlman liderlərindən üzr istəyib

Qəzzada öldürülən mülki vətəndaşların sayına inanmadığına dair açıqlamasından sonra kəskin reaksiya ilə üzləşən ABŞ lideri Co Bayden geri addım atmağa məcbur olub.

“AzPolitika.info” xəbər verir ki, 81 yaşlı ABŞ Prezidenti səsləndirdiyi bu fikrə görə, ABŞ-nin müsəlman liderlərindən üzr istəyib.

Bu barədə ABŞ-nin “Fox News” nəşri yazır ki, Bayden bu açıqlmasının ertəsi günü, yəni oktyabrın 25-də ABŞ-nin 5 keçmiş müsəlman llideri ilə bir araya gəlib.

Baydenin həmin görüşdə müsəlman liderlərdən üzr istədiyi, səsləndirdiyi fikrə görə, məyus olduğunu dediyi bildirilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol