Menu

Blinken Paşinyanla telefonla danışıb

28.11.2023, 10:11
Blinken Paşinyanla telefonla danışıb

ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia“ məlumat yayıb.

Tərəflər Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması imkanlarını müzakirə edib.

Blinken, sülhün regionda hamıya gətirəcəyi faydaları vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol