Menu

Aİ ölkələri Rusiyadan almaz alışına qadağa qoya bilər

28.11.2023, 15:11
Aİ ölkələri Rusiyadan almaz alışına qadağa qoya bilər

Avropa Komissiyası Rusiyadan almaz alışının qadağan edilməsi ilə bağlı Avropa İttifaqına (Aİ) üzv ölkələrə təklif göndərəcək.

“Report” xəbər verir ki, bu barədə “Frans-Presse” agentliyi məlumat yayıb.

“Avropa Komissiyası baxılmaq üçün üzv ölkələrə göndəriləcək təklifi qəbul edib. 27 üzv ölkənin hamısı bunu təsdiqləsə, bu təklif yekdilliklə qəbul edilə bilər”, - agentlik bildirib.

Daha əvvəl məlumat verilmişdi ki, Rusiyaya qarşı 12-ci sanksiyalar paketinə 120-dən çox şəxsə qarşı yeni məhdudiyyətlər, həmçinin almaz daxil olmaqla, ixracla bağlı sanksiyalar və s. daxil olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol