Menu

“NATO ölkələri Ukraynaya 100 milyard avro yardım ediblər” – Stoltenberq

28.11.2023, 15:14
“NATO ölkələri Ukraynaya 100 milyard avro yardım ediblər” – Stoltenberq

 Şimali Atlantika Alyansındakı (NATO) müttəfiqlər Rusiya ilə münaqişədə Ukraynaya 100 milyard avro yardım göstəriblər. 

“AzPolitika.info” TASS-a istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrin xarici işlər orqanları rəhbərlərinin Brüsseldə başlayan ikigünlük görüşü ərəfəsində “Index” internet nəşrinə müsahibəsində deyib. 

Onun sözlərinə görə, müttəfiqlər Kiyevi dəstəkləməyə davam etmək niyyətindədirlər, çünki bu yanaşmanın onların kollektiv təhlükəsizliyinin maraqlarına uyğun olduğuna inanırlar. Stoltenberq deyib: “NATO müttəfiqləri lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə sadiqdirlər, çünki bu, öz təhlükəsizliyimizin maraqlarına cavab verir. Rusiya ilə müharibə başlayandan bəri müttəfiqlər Ukraynaya təxminən 100 milyard avro məbləğində hərbi yardım təklif ediblər.vHər gün döyüş meydanında bu, böyük fərq yaradır”. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol