Co Bayden administrasiyasının səhv siyasətinə görə ABŞ ordusu tarixin ən zəif ordusudur.
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-nin Alabama ştatından olan respublikaçı senator Tommi Tabervil deyib.
Senator ABŞ-nin Ukrayna və İsrailə hərbi yardımlarına eyham vuraraq, “Bayden sağa-sola pul xərcləyir" deyib.
Senator həmçinin ABŞ ordusunun fəlakətin astanasında olduğunu vurğulayıb.
“Hazırda həyatımda gördüyüm ən zəif orduya sahibik. Bütün bunlar Co Baydendən, müdafiə naziri Ostindən qaynaqlanır. Bu, fəlakətdir. Onlar heç kəsi orduya getməyə məcbur edə bilməzlər. Amma ordudan gedən insanlara geri qayıtmaları üçün yalvarırlar. Biz böyük bəladayıq. Ölkəmiz böyük bəla içindədir”, - deyə senator bildirib.
“AzPolitika.info”


Şərhlər