ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Qəzza zolağında girovların azad edilməsi və hərbi əməliyyatlarda fasilənin uzadılması ilə bağlı məxfi məsləhətləşmələr aparmaq üçün noyabrın 28-də Qətərə gəlib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Məlumata görə, Börns İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barnea və Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşəcək. Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri hərbi əməliyyatlarda fasilənin uzadılmasına nail olmaq istəyir, həmçinin HƏMAS hərəkatı tərəfindən saxlanılan amerikalı girovların dərhal azad edilməsində israrlıdır. Adını açıqlamayan ABŞ rəsmiləri orada səkkiz və ya doqquz nəfərin olduğunu təxmin edir.
"Direktor Börns İsrail və HƏMAS arasındakı münaqişə ilə bağlı görüşlər keçirmək, o cümlədən, girov məsələsi ilə bağlı müzakirələri davam etdirmək üçün Dohaya səfər edib", - rəsmilərdən biri nəşrə bildirib. MKİ direktorunun səfərini şərh etməkdən imtina edib.
Rüfət
AzPolitika.info


Şərhlər