Menu

Moskvada terror aktı törətmək istəyən şəxs saxlanılıb

29.11.2023, 15:38
Moskvada terror aktı törətmək istəyən şəxs saxlanılıb

Moskvada dəmiryol vağzalında sisternlərdən birini partlatmağı planlaşdıran şəxs saxlanılaraq həbs edilib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə TASS-a İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Dövlət İstintaq İdarəsindən bildirilib ki, təqsirləndirilən şəxslə bağlı istintaq hərəkətləri aparılıb, ona qarşı ittiham irəli sürülüb. Məhkəmə onu həbs edib. “Müstəntiqlər hadisənin bütün hallarını və cinayətin digər iştirakçılarını müəyyən etməyə yönəlmiş istintaq hərəkətlərini davam etdirirlər”, - İstintaq Komitəsi bildirib. 

İstintaqın məlumatına görə, 1983-cü il təvəllüdlü şəxs noyabr ayında naməlum şərikindən pul mükafatı müqabilində terror aktı törətmək üçün tapşırıq alıb. O, dəmiryol vağzalının çənlərindən birini partlatmalı idi. Lakin o, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva və Moskva vilayəti üzrə əməliyyatçıları tərəfindən saxlanıldığı üçün cinayət niyyətini başa çatdıra bilməyib. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol