"Qəzzalı qardaşlarımız 7 oktyabrdan bəri bəşər tarixinin ən xain hücumlarına məruz qalıb. Onların xəstəxanaları dağıdıldı, məktəbləri və məscidləri vuruldu, sığındıqları düşərgələr qəsdən hədəfə alındı.”
“AzPolitika.info” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.
Türkiyə lideri bu dəfə də İsrailin Baş naziri Benyamin Netanyahunu sərt şəkildə tənqid edib.
Ərdoğan Netanyahunu “Qəzza qəssabı” adlandırıb.
“Netanyahu artıq adını tarixə Qəzza qəssabı kimi yazdırıb. Bu qara ləkə həm də onu dəstəkləyən hər kəsin alnına yapışıb. Qəzzada insanlıq və müharibəyə əleyhinə qarşı törədilən cinayətləri, Qərb ölkələrinin davranışlarını heç vaxt unutmayacağıq. Bu rüsvayçı ləkə heç vaxt yuyulmayacaq”,-ddeyə o bildirib.
“AzPolitika.info”


Şərhlər