İşğal altında olan Krımda pis hava şəraiti nəticəsində rus ordusunun Ukraynanın cənubuna buraxdığı “Şahed-131/136” PUA-sı dəniz sahilinə düşüb.
“AzPolitika.info” xəbər verir ki, Krıma düşən PUA-nın görüntüləri sosial şəbəkələrdə yayılıb. Faktı Ukrayna Silahlı Qüvvələrinin cənub komandanlığı da təsdiqləyib.
Qeyd edək ki, noyabrın 29-na keçən gecə Rusiya 21 “Şahed” tipli PUA və 3 X-59 idarə olunan raketi ilə Ukraynaya hücum edib, PUA-ların hamısı və iki raket vurulub.


Şərhlər