Menu

Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar açıqlanıb - SİYAHI

30.11.2023, 16:40
Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar açıqlanıb - SİYAHI

Xankəndidə yeni yaradılan Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar açıqlanıb.

"Report"un məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib ki, təhsil ocağında ilk mərhələdə 24 ixtisas tədris olunacaq.

Bunlar aşağıdakılardır: İbtidai sinif, Məktəbəqədər təhsil, Riyaziyyat müəllimliyi, İnformatika müəllimliyi, Korreksiyaedici təlim, Təhsildə sosial-psixoloji xidmət, İnformasiya texnologiyaları, Komputer elmləri, Komputer mühəndisliyi, Qida mühəndisliyi, Şəhərsalma, İnşaat mühəndisliyi, Beynəlxalq münasibətlər, Regionşünaslıq, Tarix, Kommunikasiya və rəqəmsal media, Beynəlxalq ticarət və logistika, Biznesin idarəedilməsi, İqtisadiyyat, Maliyyə marketinq, Menecment, Mühasibat, Turizm işinin təşkili, Turizm bələdçiliyi.

Nazir söyləyib ki, növbəti mərhələdə ixtisas seçimlərini sayı artırılacaq.

Şərhlər

valideyin 2023-12-01 00:26:50

Azərbaycanda bu ixtisaslara tələbat sayını kim açıqıaya bilər.Bu ixtisasılar bitirən fəncər işsiz qalıb.

Müəlli 2023-11-30 18:21:43

Bəs universiteti bitirən gənclərin işlə təmin olunması indiki ölkədəki işsiz diplomlu gənclər kimi ticarət mərkəzlərində araba sürmək olacaq? Bu qədər,bu ixtisaslarda məzunlara Azərbaycanda tələbat necə hesablanıb? Xaotik qəbul ,keyfiyyərsiz təhsillə gənclərimizin gələcəyini korlamırıq?Ax bu sahdə lazımi iş görünmür!

B.Qarabağlı 2023-11-30 16:55:46

Mən Qarabağ universitetində ali-bakalavr məzunlları üçün 2-3 illik Fəlsəfə-tarix-hüquq, Ölkə-özəl-beynəlxalq İqtisadiyyat--təsərrüfat mühasibatı, İncəsənət (dünyəvi, milli, klassik musiqi) və Harmonik mühəndis-texniki arxitektura magistləri bölmərini zəruri sayıram!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol