Qəzzadakı bir neçə günlük atəşkəsdən sorna HƏMAS ilə İsrail arasında yenidən alovlanan münaqişə fonunda “The New York Times” nəşrində maraqlı bir yazı dərc olunub.
“AzPolitika.info xəbər verir ki, ABŞ nəşri İsrailin gizli saxladığı “Yerixo divarı” adlı 40 səhifəlik gizli sənədlər əldə etdiyini yazıb.
Gündəmə bomba kimi düşən bu xəbərdə qeyd olunub ki, İsrail HƏMAS-ın məlum hücum planından bir ildən əvvəl xəbardar olub. Sözügedən sənəddə Fələstin qruplaşmasının həyata keçirdiyi şok hücumun təfərrüatlarının ətraflı şəkildə göstərildiyi bildirilib.
“Sənəddə hücumun əvvəlində raket zərbələri endirilməsi, dronların sərhəd boyu təhlükəsizlik kameraları və pulemyotları zərərsizləşdirməsi, silahlı şəxslərin paraplan, motosiklet və oxşar maşınlarla kütləvi şəkildə İsrailə axışması göstərilir. Bütün bunlar oktyabrın 7-də baş verən hadisələrdi”,-deyə nəşt bildirib.
ABŞ nəşrinin bu yazısı başda İsrail olmaqla, əksər dünya ölkələrində böyük müzakirələrə səbəb olub.
“AzPolitika.info”


Şərhlər
Davamı;Sonrası da Netanyahuya xəbər verilib verilməməsinə ehtiyac yoxdu ki.Taksi şoferi də,su satan da,məktəb uşaqları da gözləriyə görmürdülərmi neçə ildir Qəzzada,qonşuluqda əcaib hərbi məşqlər keçirilir?Heç binokl da lazım deyildi;paraplanlar,deltaplanlar zaman-zaman niyə göyə qalxır deyə heç maraqlanmayıblarmı?Çəpər qonşusu deyillərmi?Kim bilməsə də çəpər qonşusu bilməzmi filankəs neçə kürt basdırıb,hər kürtdən neçə cücə çıxıb,neçəsini mişovul aparıb?Kardeşim,hamısının xəbəri varıydı ki HƏMAS filan vaxt filan yerdən hücum edəcək,sadəcə olaraq,önünü almaq sərf etmirdi okeanın o tayındakı evangelist-protestantlara.HƏMAS hücum etməliydi ki,bunu bəhanə gətirib bütün Qəzzanı boşaltsınlar,o civarda daşı daş üstdə qoymasınlar.Bəhanə olmasaydı durub dururkən Qəzzanı bunca bombalamağa əllərində “əsas” olardımı?
Əlbəttə.İran qurub hücum taktikasını,xəbəri də MKİ-yə və MOSSAD-a ötürüb,amma Netanyahuya bildirilməyib.Nyu-Yorkdakı ekiz qüllələrin vurdurulması kimi.Sadəcə, orada MKİ və Ağ Ev qurmuşdu qüllələrə təyyarələrlə hücumu,Pentaqonun və Ekiz qüllədəkilərin isə plandan xəbərləri yox idi.Ona görə təyyarələr Pentaqona və Ekiz qüllələrə düşür,amma Ağ Evlə MKİ-yə “yanaşammırlar”.