Menu

Qəzzada İsrail ordusunun qətlə yetirdiyi dinc insanların sayı açıqlandı

02.12.2023, 22:29
Qəzzada İsrail ordusunun qətlə yetirdiyi dinc insanların sayı açıqlandı

İsrail ordusunun son 2 ayda Qəzza zolağında qətlə yetirdiyi fələstinlilərin sayı 15 mini ötüb

«AzPolitika.info» saytı «Al-Jazeera» telekanalına istinadla xəbər verir ki, bunu Fələstin anklavının Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yaralıların sayı 40 652 nəfərdir.

“İsrail təcavüzünün qurbanlarının 70 faizi uşaqlar və qadınlardır”, - deyə Səhiyyə Nazirliyinin nümayəndəsi davam edib. 

Onun sözlərinə görə,  işğalçı ordu Qəzza zolağının müxtəlif ərazilərində 280 tibb işçisini öldürüb. İsrail ordusu həbs edilmiş həkim və tibb işçilərinə qarşı aclıq işgəncəsindən istifadə edir.

Dekabrın 1-də səhər saatlarında işğalçı İsrail ordusu Qəzza zolağını yenidən bobalamağa başlayıb. Müxtəlif KİV-lərin məlumatlna görə, son sutkada dinc əhalidən ölənlərin sayı isə 100 nəfərə çatıb. İsrailin zərbələri nəticəsində Qəzzada 61 jurnalistin həlak oldub. ABŞ və bir çox Qərb ölkəsi isə bu qətliama dəstək verir. Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol