Menu

Azərbaycan Səfiriliyi Aşqabadda “Qış Milli Mətbəx Xeyriyyə Festival”ında iştirak edib - FOTO

03.12.2023, 11:42
Azərbaycan Səfiriliyi Aşqabadda “Qış Milli Mətbəx Xeyriyyə Festival”ında iştirak edib - FOTO

Dekabrın 3-də Aşqabad Beynəlxalq Məktəbində “Qış Milli Mətbəx Xeyriyyə Festival” keçirilib.

Bu barədə “Report”a Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, hər il olduğu kimi bu il də Azərbaycanın Türkmənistandakı Səfirliyi ölkəmizi festivalda təmsil edib. Azərbaycan guşəsi dövlət bayrağımızla bəzədilib.

Festivalda Azərbaycanın Türkmənistandakı Səfirliyi üçün ayrılmış guşədə milli mətbəximizin ləziz yemək və şirniyyatları iştirakçılara təqdim olunub.

Milli yemək və şirniyyatlarımız haqqında qonaqlara məlumat verilib, onlar bu təamları dadmağa dəvət ediliblər.

Milli mətbəximizin nümunələri festivala gələn qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol