Menu

Rusiya ordusunun daha bir generalı Ukraynada həlak olub

04.12.2023, 15:07
Rusiya ordusunun daha bir generalı Ukraynada həlak olub

Rusiya ordusunun daha bir generalı Ukraynada həlak olub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev özünün Telegram kanalında yazıb.

O, Rusiya Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini, general-mayor Vladimir Zavadskinin Ukraynada həlak olduğunu bildirib.

“Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini general-mayor Vladimir Zavadski xüsusi əməliyyat zonasında döyüş postunda həlak olub... 2021-ci ilin avqust ayına qədər o, 4-cü tank diviziyasına komandirlik edib”, - o yazıb.

Qusev Zavadskinin ailəsinə və yaxınlarına başsağlığı verib, həmçinin, əlavə edib ki, zabit öz borcuna sadiq olub və sona qədər vuruşub.

Şərhlər

VİDADİ 2023-12-04 16:04:35

GƏBƏRİB

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol