Menu

Braziliya Putini G20 sammitinə dəvət etməyi planlaşdırır

05.12.2023, 11:08
Braziliya Putini G20 sammitinə dəvət etməyi planlaşdırır

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Rusiya lideri Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderinə baxmayaraq, 2024-cü ildə keçiriləcək G20 sammitinə dəvət ediləcəyini bildirib.

"AzPolitika.info" TASS-a istinadla xəbər verir ki, bu barədə Braziliyanın «Correio Brasiliense» qəzeti prezidentdən sitat gətirib.

“Putin gəlsə də, gəlməsə də, dəvət olunacaq. Ona qarşı proses gedir, nəticələrini qiymətləndirməlidir”, - Braziliya lideri bildirib.

Siyasətçi BCM-nin qərarını dəyərləndirməyib. Lula da Silvanın sözlərinə görə, əgər Putin bu sammitdə iştirak edərsə, o, “nələrin baş verə biləcəyini və ya olmaya biləcəyini bilir”.

O, həmçinin qeyd edib ki, Rusiya Federasiyası, məsələn, ABŞ kimi, BCM-nin yurisdiksiyasını tanımır.

"Braziliyanın imzası olduğu üçün Braziliya məsuliyyət daşıyır" -  deyə, Lula da Silva əlavə edib.

Bundan əvvəl Cənubi Afrika Respublikasının prezidenti Ramafosa Putinin Pretoriyada BCM-nin orderi əsasında mümkün həbsini Rusiyaya müharibə elanı ilə müqayisə etmişdi.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol