Menu

"Düzdür, ağdamlı olmaq şərəfdir, amma hərəyə öz yeri şirindir" - Aqil Abbas

05.12.2023, 13:28
"Düzdür, ağdamlı olmaq şərəfdir, amma hərəyə öz yeri şirindir" - Aqil Abbas

Milli Məclisin deputatı Aqil Abbas 1992-ci ildə Ağdərə rayonunun ləğvini yanlış hesab edir.

APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas deyib ki, döyüşməsə də, Ağdərə 1992-ci ildə azad olunanda Ağdərədə olub.

Deputat bildirib ki, o vaxt Ağdərəni səristəsizlikdən ləğv etdilər: “Mən hələ də bilmirəm ki, niyə belə oldu. O vaxt 5000 Ağdərəli mənə müraciət etmişdi ki, biz ağdamlı olmaq istəmirik, biz ağdərəliyik. Düzdür, ağdamlı olmaq şərəfdir, amma hərayə öz yeri şirindir. O vaxt Ağdərə ləğv olunduğu üçün onların pasportuna Ağdam yazılırdı. Ağdərə Qarabağın 2/5-ni təşkil edən böyük rayon idi. Ağdərə rayonunun bərpa olunmasına ən çox sevinənlərdən biri mənəm. Babalarımın üçünün qəbri Ağdərədədir. O vaxt Ağdərənin 11 kəndi ermənilərdən azad olunmuşdu və bu günə qədər bizdəydi. Mən də deyirdim ki, necə olur ki, Xocalı bizdə deyil, amma Xocalı rayonu var, Ağdərənin 11 kəndi bizdədir, amma Ağdərə rayonu yoxdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan rayonlardan 8 kənd inzibati ərazi vahidi Ağdərəyə verilir, bunlar əvvəldən Ağdərənin kəndləri olub”.

Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, ərazilər azad olunmasaydı, bu gün bu məsələyə baxa bilməzdik: “Bu məsələdə Prezident İlham Əliyevin rolu bir daha vurğulanmalıdır və siz də bunu vurğuladınız”.

Şərhlər

dadaşyev 2023-12-10 15:35:00

Adam olmaq üçün də bizim cəmiyyətdə ən vacib olan şey odur ki,gərək adamın adamı ola ki onu adam elənmişlər adam elədiyi kimi səni də o adam eləyə ki məclislərdə səni yuxarı başda oturtduralar.Savad,ağıl,bilik,müdriklik filan qəti rol oynamır adam olmaq işində.Yalnızca bəxtdir adamı adam edən.Bəxt isə üç hissədən ibarətdi.İmtiyazlı bölgədə doğulmaq,üstün təbəqələrlə qohumluq və sürətlə qaçmaq. Bu üçündən bircəciyi kimdə varsa xoşbəxdi ömürlük,adam olmağa namizəddi.İkisi kimdə olsa adamdı artıq,çünki ya nazirdi,ya prokurordu,ya başçıdı,ya deputatdı,ən azı rəisdi,ya da uqolovnı rozısk.Üçünün də kimdəsə olduğu hələ ki görünməyib.Çünki absurd şeydi.Məsəla,imtiyazlı bölgədə doğulasan,yaxşı təbəqəıərlə qohumluğun da olsun,həm də qaçasan.Daha niyə qaçasan ki?Milyardlar talasan da tutulmayacaqsan ki.Uzağı işdən atacaqlar.Atsınlar da.Milyardlar ki səndə qalacaq.Odur ki adamlı olmaq şərəfdir,adamlı olmaq.

Dadşev-ə 2023-12-05 18:00:57

icazə ver,bir az yanlışını düzəldim.Bütün doğulanlar insan doğulur.Amma bütün insanlar adam ola bilmir.Elə İnsanla adamın fərqi bundadır. ki, hər insan adam kimi olmur.Adam olmaq üçün düşüncəli,ağıllı.başqasına zərər verməyən olmalısan.

dadaşyev 2023-12-05 15:46:25

Şərəf və şərəfsizlik insanın haralı olmasına bağlı deyil,yoxsa Məkkədən Peyğəmbər və səhabələriylə yanaşı onlara qatı düşmən olan Əbu Cəhllər,Əbu Ləhəblər də çıxmazdı.Haralı olmaq yox,adam olmaq şərəfdir,Aqil müəllim. Hər adam insandı,hər insan isə adam deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol