Menu

“Yenidən prezident olsa, hakimiyyətdən getməyəcək...” – "Bu, ABŞ-dəkı son seçki ola bilər"

05.12.2023, 15:08
“Yenidən prezident olsa, hakimiyyətdən getməyəcək...” – "Bu, ABŞ-dəkı son seçki ola bilər"

Keçmiş Respublikaçı konqresmen Liz Çeyni ABŞ-nin 45-ci Prezidenti Donald Trampı tənqid edib.

“AzPolitika.info” xəbər verir ki, Çeyni Trampın yenidən prezident seçiləcəyi təqdirdə hakimiyyətdən getməyəcəyini iddia edib.

Çeyni iddia edib ki, Tramp yenidən prezident olsa, ABŞ-ni diktatorluğa sürükləyəcək.

O vurğulayıb ki, Trampı hakimiyyətə gətirəcək prezident seçkiləri “son seçki” ola bilər. Həmçinin bildirib ki, amerikalıların ölkənin "ikinci Tramp" müddətində sağ qala biləcəyini düşünməsi “sadəlövhlükdür”. 

L.Çeyni Trampa səs verməyin Konstitusiyanın əleyhinə səs vermək olduğunu qeyd edərək, Trampın 2024-cü il prezident seçkilərində uduzmasının qarşısını almaq üçün əlindən gələni edəcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol