Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibə fonunda minlərlə rus məhbus döyüş meydanında “yem” kimi istifadə olunaraq kənara atılıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-nin “The New York Times” nəşrində dərc olunan məqalədə bildirilir.
Nəşrin məlumatına görə, “Vaqner” özəl hərbi birləşməsinin sıralarında təxminən 50 min məhbus xidmət edib və onların beşdə biri həlak olub.
Sağ qalan vaqnerçilərin isə ciddi psixoloji zərbə aldıqları bildirilir.
Qeyd olunur ki, orduya cəlb olunan çağırışçıların orta yaşı 33 olub.
“AzPolitika.info”


Şərhlər