Menu

Şamaxıda BMW aşıb, bir ailənin 3 üzvü həlak olub - FOTO

05.12.2023, 19:10
Şamaxıda BMW aşıb, bir ailənin 3 üzvü həlak olub - FOTO

Şamaxıda BMW aşıb, 3 nəfər həlak olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə dekabrın 5-də saat 17 radələrində Şamaxı rayonunun Göylər kəndi ərazisində baş verib.

“BMW” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində avtomobildə olan sürücü və sərnişinlər, Ağsu rayon sakinləri – 1965-ci il təvəllüdlü Mətiyev Xaləddin Fərhad oğlu, 1970-ci il təvəllüdlü Mətiyev Sadiq Fərhad oğlu və 1994-cü il təvəllüdlü Fərhadzadə Tural Xaləddin oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən vəfat ediblər.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol