ABŞ Konqresində Ukraynaya yardımın təsdiqlənməsilə bağlı yaranmış qeyri-müəyyənlik və gecikmə Ukraynanın vəziyyətini daha da ağırlaşdıra bilər.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Dövlət katibi Antoni Blinken Rusiyanın təcavüzünə davam gətirməsi və qalib gəlməsi üçün Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini bəyan edib:
"Ukraynanın uğur qazanmasını və Rusiya Federasiyasının uğursuzluğunun davam etməsini təmin etməliyik... Əgər bunu etməsək, Putinə cəzasız hərəkət etməyə icazə vermiş olacağıq və bu, bütün dünyada təcavüzü nəzərdə tutan Pandora qutusunu açacaq".
Bundan əlavə, o, İsrail və Qəzzanın mülki vətəndaşları üçün əlavə maliyyəyə ehtiyac olduğunu qeyd edib.
Xatırladaq ki, miqrasiya və ABŞ-nin cənub sərhədlərinin mühafizəsi məsələsi Konqresdə demokratlar və respublikaçılar arasında əsas fikir ayrılığı mənbəyinə çevrilib və bu, Ukraynaya əlavə yardımın təsdiqini ləngidir. Hər iki partiyanın nümayəndələri kompromis tapmaq üçün danışıqlar aparıblar, lakin demokratların baş müzakirəçisi senator Kris Mörfi jurnalistlərə bildirib ki, danışıqlar respublikaçıların mövqelərinə görə pozulub.
“AzPolitika.info”


Şərhlər