Birləşmiş Ştatlar humanitar fasilənin bərpası və Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının saxladığı girovları azad edilməsi üçün işlərini davam etdirir.
"AzPolitika.info" TASS-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABC televiziyasına müsahibəsində bildirib."Girovlar arasında səkkiz amerikalının olduğuna inanırıq. Onlardan ən azı biri qadındır. Onların azad edilməsi üçün əlimizdən gələni edirik. Biz regiondakı tərəfdaşlarımızla davamlı olaraq humanitar fasiləni bərpa etməyə çalışırıq. " — deyə, Kirbi bildirib.Bundan əvvəl CNN məlumat vermişdi ki, humanitar atəşkəsin bərpası və girovların qaytarılması ilə bağlı rəsmi danışıqların yaxın gələcəkdə bərpa ediləcəyi ehtimalı yoxdur.CNN-in iddiasına görə, çətin ki, ABŞ prezidenti Co Bayden administrasiyası amerikalıların azad edilməsi ilə bağlı ayrıca danışıqlar apara bilsin. HƏMAS-ın da Vaşinqtona “hər hansı xüsusi xidmət” göstərəcəyinə inanmaq üçün heç bir əsas yoxdur.Rüfət
AzPolitika.info


Şərhlər