Azərbaycan elə bir zonada yerləşir ki, zəlzələnin olmağı labüddür.
Bunu Musavat.com-a AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Ənvər Əliyev deyib.
O bildirib ki, narahat olmağa dəyməz: "Yenidən zəlzələ olacağını proqnozlaşdırmaq çətindir. Zəif təkanlar ola bilər. Dəqiq məlumatı Seysmolji Mərkəz verəcək. Azərbaycanın istənilən ərazisində zəlzələ ola bilər. Biz buna hazır deyilik. Bakıda 4 milyon əhali yaşayır. Güclü zəlzələ olsa, camaatı necə çıxaracağıq? Yollar tutulur, binalar sıx tikilib. Təşvişə düşməklə can qurtarmaq olmaz. Hazır olmaq lazımdır".


Şərhlər
Ənvər Əliyev ,MSK-dan vaxtında getdin ,özüdə yükünü tutub getdin , narahat olma təyin etdiyinizlər bron binalarda yaşayır ,onlara heç zad olmayacaq ,kasıblar öləcək ölənlərin yerinə səs verərsiz
Bakıda ev tikintisində mağara təfəkkürü hökm sürür.Tikilmiş bütün binalar verdikləri rüşvətlə dövlət nəzarətindən yayınır,xalqın taleyini təhlükə altında qoyurlar.Daha doğrusu,MTK-lar ermənilik edirlər.Allah onların və himayədarlarının cəzalarını versin!