Finlandiya Ali Məhkəməsi rusiyalı yaraqlı Yan Petrovskinin Ukraynaya ekstradisiyasına razılıq verməyib və onun dərhal azadlığa buraxılmasına qərar verib.
"AzPolitika.info" bu barədə Finlandiyanın «Helsingin Sanomat» qəzetinə istinadən xəbər verir.
Petrovski Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən terrorçu təşkilatda iştirakda şübhəli bilinir. İstintaqın məlumatına görə, 2014-cü ildə Petrovski “LNR” terrorçuları ilə birlikdə “Rusiç” adlanan təxribat-kəşfiyyat qrupunun tərkibində Ukraynaya qarşı döyüşüb.
Finlandiya Ali Məhkəməsi izah edib ki, Ukrayna həbsxanalarındakı şəraitlə əlaqədar Petrovskinin ekstradisiyasına razı ola bilməz. Məhkəmə AİHM-in Ukrayna həbsxanalarındakı şəraitin Avropa İnsan Haqları Konvensiyasının 3-cü maddəsini pozan qərarına istinad edib.
Bu maddədə deyilir ki, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara, cəzaya məruz qala bilməz. AİHM Ukrayna həbsxanalarında sıxlığı və həbsxanalardakı müxtəlif maddi çatışmazlıqları xüsusi problem kimi müəyyən edib.
Finlandiya Ali Məhkəməsinin məlumatına görə, Petrovski insan hüquqlarına zidd rəftarla üzləşmək riski daşıyır.
Rüfət
AzPolitika.info


Şərhlər