Menu

“O vaxt Gürcüstanı Azərbaycan xilas etdi...” – “Kriminal avtoritetlər İrəvanda toplaşmışdılar”

08.12.2023, 17:57
“O vaxt Gürcüstanı Azərbaycan xilas etdi...” – “Kriminal avtoritetlər İrəvanda toplaşmışdılar”

Hazırda həbsdə olan Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili öz “feysbuk” səhifəsində Volodimir Zelenskinin Rusiyanın Ukraynada “Maydan-3” hazırlaması ilə bağlı açıqlamasını şərh edib.

“AzPolitika.info” xəbər verir ki, Saakaşvili Ukrayna Prezidentinin dediklərinə haqq qazandırıb və Vladimir Putinin eyni ssenarini onun hakimiyyəti dövründə dəfələrlə Gürcüstanda reallaşdırmağa çalışdığını qeyd edib. Sabiq Prezident həmin vaxt Gürcüstanı ağır vəziyyətdən Azərbaycanın xilas etdiyini bildirib: “Prezident Zelenski “Maydan-3” ilə bağlı açıqlama verəndə çoxları onu xəyalpərəst kimi qəbul edirdi, amma mən bunun nə qədər real olduğunu bilirəm. “Qızılgül inqilabı”ndan sonra Putin bizi sevmirdi. O, Batumidə hərbi qiyam etdi, biz onu yatırdıq, 2004-cü ildə Cənubi Osetiyada hərbi təxribatlar törətdi, sonra biz genişmiqyaslı müharibədən yayındıq. Rusiya 2005-ci ilin fevralında elektrik xətlərini və qaz kəmərlərini partlatdı, bizi tamamilə “söndürdü”. Azərbaycan bizi o zaman xilas etdi. Həmin il Qoridə polis bölməsi partladıldı. Biz o vaxt QRU (Rusiya Hərbi Kəşfiyyatı-red.) polkovnikini tutduq”.

Saakaşvili qeyd edib ki, həmin illərdə Kreml onun hakimiyyətinə qarşı total hücuma keçmişdi: “Rusiya Gürcüstanın kənd təsərrüfatı məhsullarının idxalına tam embarqo tətbiq etdi və 2006-cı ildə gürcüləri Rusiyadan kütləvi şəkildə deportasiya etməyə başladı. Ümumiyyətlə, hər şey edilirdi ki, baş verənlər əhalinin kütləvi narazılığına səbəb olsun. Gürcü əsilli rus oliqarx Arkadi Patarkatsişvili bu işə cəlb olundu və onun nəzarət etdiyi kanallar vasitəsilə 2007-ci ilin noyabrında baş vermiş kütləvi iğtişaşlar hazırlanmağa başladı”.

Saakaşvili onu da xatırladıb ki, 2007-ci ildə mitinqin dağıdılması onun beynəlxalq nüfuzuna zərbə vurmuşdu: “Bu hadisələrdən bir müddət əvvəl biz FTB-dən məktublar aldıq. Məktublarda bildirilirdi ki, Rusiyadan olan bir qrup gürcü kriminal avtoritet Gürcüstanda “Qızılgül İnqilabı”nı təşkil etmək tapşırığı ilə İrəvanda məskunlaşıb. Putinin bizim inqilablarımızı təqlid etməyə çalışması və cəhd etməsi təəccüblü deyil, çünki o, “Maydan”ları və Gürcüstan hadisələrini xalqın iradəsi deyil, MKİ-nin hiyləsi hesab edirdi”.

Eks-prezident Rusiyanın Ukraynaya yaratdığı təhlükə barədə də xəbərdarlıq edib və neqativ ssenarilərin baş tutmayacağına ümid etdiyini bildirib.

“AzPolitika.info”

Şərhlər

Camal 2023-12-08 21:44:39

Bəxtiniz onda gətirib ki, həqiqətən humanist Azərbaycan Türk dövləti ilə qonşusunuz. Unutmayın ki, Mahallarımız, Acarısatan(qeyd edim ki, Acarlar türkdürlər və türk dilində danışırlar) Türk dövləti qeyri-qanuni olaraq sizin ərazinizə "birləşdirilib", bunlara baxmayaraq imkan düşən kimi nala-mıxa vurursunuz, Allahınıza şükür edin(əgər Allahınız varsa...)... Bütün bunlra baxmayaraq, hörmət olunası millətsiniz, ən azı ona görə ki, özunuz özünüzü qiymətləndirirsiniz, daha siyasətcilsiniz. Mən əsgəlikdə Gürcüstanda müxtəlif şəhərlərdə xidmət etmişəm, müşahidə etmişəm ki, vəzifəli məmurdan tutmuş fəhləsinədək maddi, mənəvi, siyasi, humanist cəhətdən bir-birinin qayğısına qalan millətsiniz. Öz istehalı olan ərzaqlara, hətta öz istehalı olan siqaretlərə... belə üstünlük veririrdilər... İndiki dövrdə ən çox turist qəbul edəm ölkəsiniz, heç kimi aldatmırsınız(aldadan əslində özünü aldadır), tarixi yerlərinizə hörmətlə yanaşırsınız.... Qara dəniz sahilləriniz tarixi təbiiliyində qalır.... və.s. Ancaq bütün bünlara baxmayaraq, şadlığınıza şıllaq atmayın!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol