ABŞ-ın Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyi dünyaya ikili standartların və sinizm nümunəsini nümayiş etdirir.
"AzPolitika.info" xəbər verir ki, bunu Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasında BƏƏ-nin Fələstin-İsrail münaqişəsi zonasında atəşkəs tələb edən qətnaməsinə veto qoymasından sonra Çinin təşkilatdakı daimi nümayəndəsi Jang Jun bildirib.
"Münaqişənin genişlənməsinin qarşısını almaq üçün mübarizənin davam etdirilməsinə göz yummaq özünü aldatmaqdır. Qadınların, uşaqların və insan hüquqlarının müdafiəsini iddia etməklə, münaqişənin davam etdirilməsinə göz yummaq riyakarlıqdır. Bütün bunlar bizə hansı ikili standartların olduğunu göstərir" - deyə, Jang Jun bildirib.
“ABŞ-ın qətnamə layihəsinə veto qoymasından son dərəcə məyus olduq” ,- o, əlavə edib.
BMT Təhlükəsizlik Şurasında sənədin lehinə Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü səs verib, Böyük Britaniya isə səsvermədə bitərəf qalıb. BƏƏ qətnaməsi beş bənddən ibarətdir. Sənəddə atəşkəslə yanaşı, bütün girovların azad edilməsi də tələb olunur. Münaqişənin bütün tərəfləri beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərə əməl etməyə çağırılır. Sənədə BMT-nin ən azı 97 ölkəsi həmmüəllifi olub.
Rüfət
AzPolitika.info


Şərhlər
Mənim ABŞ və İngiltərə haqda bütün fikirlərim dəyişdi.
Dünyada terrorizmi destekleyenlerin başında abş gelir.