Böyük Britaniyanın Baş naziri Rişi Sunakın hollandiyalı həmkarı Mark Rutte ilə görüşü zamanı maraqlı anlar yaşanıb.
"AzPolitika.info" xəbər verir ki, Yaxın Şərq və immiqrasiya məsələlərini müzakirə etmək üçün Rutteni qəbul edən Sunak onu ofisinin önündə qarşılayıb.
Lakin qapı bağlı olduğundan onlar içəri girə bilməyiblər. Qapının bağlı olduğunu görən Sunak bir müddət Rutte ilə əl sıxıb, sonra isə kömək istəməyə başlayıb. Daha sonra kilidli qapı açılıb və onlar içəri daxil ola biliblər.
İkilinin kameralar qarşısındakı bu anları ətrafdakı hər kəsi güldürüb.
"AzPolitika.info"


Şərhlər