Tramp seçkiqabağı sorğuların nəticələrinə görə Baydeni qabaqlayır.
"AzPolitika.info" xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Nəşr noyabrın 29-dan dekabrın 4-dək qeydiyyatdan keçmiş 1500 seçici arasında sorğu keçirib. Seçkiqabağı keçirilən sorğunun nəticələrinə görə, Tramp Baydeni 47-43 faiz nisbətində, 4 faiz səslə qabaqlayır. Bu siyahıya üçüncü namizəd də əlavə edildikdə isə Trampın üstünlüyü 6 faizə qədər artır.
Nəşr qeyd edir ki, yeni sorğu ABŞ cəmiyyətində Baydenə olan narazılığın artdığını göstərir. Sorğuda iştirak edən seçicilərin yalnız 23%-i Baydenin siyasətini bəyəndiklərini, 53%-i isə prezidentin gündəliyində olan məsələlərin onlara zərər verdiyini düşünürlər. Seçicilərin təxminən yarısı Trampın prezident olduğu müddətdə apardığı siyasətin onlara kömək etdiyini, 37%-dən çoxu isə bunun əksini düşündüklərini bildiriblər.
Sorğu iştirakçılarının fikrincə, Bayden gənc seçicilər, həmçinin qaradərili şəxslərdən səs qazana bilməyəcək. Seçicilər Trampın sərhədləri qorumaq, inflyasiyanı cilovlamaq və iqtisadiyyatı qurmaqda Baydendən daha yaxşı olduğunu deyirlər.
"AzPolitika.info"


Şərhlər